Fakultativ
Fakültətiv – məcburi olmayan, könüllü, öz arzusu ilə seçilən. Məsələn, mühazirələrin fakültətiv kursu.
Fakültətiv kurs (lat. facultas – bacarıq, imkan) – təlimin təşkili formalarından biri. Qeyri-icbari tədris kursu, yaxud elmi-nəzəri biliklərini artırmaq məqsədilə ali məktəb tələbələri və orta ixtisas təhsili məktəblərinin şagirdləri tərəfindən öz istəklərinə görə öyrəndikləri fənn. Əlavə ixtisaslaşmaya kömək edir.
Ali, orta (yuxarı siniflər), ixtisas və texniki peşə məktəblərində tələbə və şagirdlərin elmi və tətbiqi biliklərini genişləndirmək, şəxsi bacarığını artırmaq, marağını təmin etmək məqsədi ilə, öz arzularına görə öyrəndikləri kurs, fənn.
== Ədəbiyyat ==
R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.